Feedback List
Xidmətimizdən razı qaldınızsa bizdən danışın!
Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!
Bütün Rəylər
Rəy Əlavə Etmək
Rəy bildirmə üzrə qaydalar
Qaydalar
- Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
- Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
- Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
- Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
- Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
- Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
Bal
+1
Yoxlanılır
Yazıb nəzərinizə çatdırıram ki, 27.09.2018 tarixdə həyat yoldaşım AZ99-NM-095 seryalı, Mini Cooper Clubman model avtomobil ilə Səməd Vurğun küçəsi ilə üzü təzə bazar tərəf hərəkətdə olarkən, H.Əliyev adına məktəbin qarşısında, İsmayılova Leyla Əzizağa qızının idarə etdiyi AZ10-TK-126 nömrəli RANGE ROVER avtomobili ilə arxadan 2 dəfə vurulmuşdur. İsmayılova Leyla Əzizağa qızı bildirdi ki, onun pul ödəmək fikri yoxdur və öz sığortası ilə danışıb, həmin sığorta şirkəti ödəyəcək. Yekun olaraq məni birbaşa Dövlət Sığorta Şirkəti ilə əlaqəndirdilər və dedilər sığorta dəyən ziyanı ödəyəcək.. 3-4 dəfə ora geddim və hər dəfəs insanı alçaldıcı hərəkətlər, vurdum duymaz formalar. Heç nəyə cavab verməmək heç bir məlumat vermədən məni yola saldılar. Hər dəfə müəyyən sənədi tələb etdilər. Dedikləri bütün sənədləri və İmprotex Motors tərtib etdiyi qüsur aktını təqdim etdim. Dövlət Sığorta şirkətinin qiymətləndirmə bölməsinin əməkdaşı Hacıyev Vüsal və oranın rəhbəri Ağakişiyev Orxan adlı şəxsin laqeyd münasibəti nəticəsində, yekun olaraq sizə müraciət etməyi daha labüd hesab etdim. Sığorta şirkətində olanda orada baş verən hərc-mərclik və xaotik durum məni daha da dəhşətə gətirdi. Heç bir savadı heç bir anlayışı olmayan şəxs maşını qiymətləndirir. İnsanlarla davranışları və laqeydlikləri, insanları bilə bilə provakasiya edib, əsəblərin tarıma çəkmək üçün hər yola baş vururlar. Günlərlə telefonlara cavab verilmir. Dövlət sığorta şirkətinin qiymətləndirilməsi nəticəsində mənə dedilər sizin avtomobilə 192 AZN pul düşür. Bu məbləğ məni qane etmir. İmprotex Motorsun qüsur aktı və təmir xərcləri 732 AZN qeyd edilib Çünki Mini Cooper Clubman model avtomobil spesifik xüsusiyyətlərə malikdir, ölkə ərazisində 2 vəya 3 ədəddir. Bakıda heç bir yerdə detalı satılmır, yalnız sifarişlə İmprotex Motors təmin edir. Təkcə arxa sınıq aksessuar Almaniyada 120 EURO qiymətindədir. Mən öz iradımı bildirdim və bu məbləğlə razılaşmadım. Hacıyev Vüsal adlı əməkdaşa dedim ki, avtomobili harada o qiymətə düzəldirlərsə mən göndərin ora aparım düzəltsinlər. Bu suala heç bir cavab vermədilər. Dedilər ged neynirsən elə. Onların danışığından və davranışlarından hiss olunur ki, onlar artıq yazıb əlavə pulu özləri almaq istəyirlər. Çünki mənə dedilər akta çox yazsaydılar o məbləğ verilərdi. Halbuki mən sırf mənə dəyən zərəri tələb edirəm. Haı hazırda maşın düzəldilməyib, Dövlət sığorta şirkəti əməkdaşları Ağakişiyev Orxan və Hacıyev Vüsal tərəfindən mənə deyilən söz, budur ki, ged nə edirsən et. Orada rəhbər vəzifədə çalışan Orxan Ağakişiyevlə əlaqə saxlamağa çalışsamda heç bir nəticə olmadı. Əməkdaşlar nə əlaqə nömrəsin vermədilər nə telefona dəvət etmədilər. Dedilər icazəmiz yoxdur.4 saat onu gözləmişəm qəbuluna düşməyə, lakin alınmayıb. Anlamağda çətinlik çəkirəm ki, dövlət məmuru niyə belə edir, xalqdan niyə qaçır, öz işini görmək əvəzinə, insanlarla münasibətdən qaçır və əlaqə qurub problemi bildirmək imkanını heç kimə tanımır. Şəxsi vəkilimlə məhkəməyə müraciət etmək istəyirəm lakin orada olan sənədlərin heç birin vermirlər. Deyirlər verə bilmərik. 192 AZN məbləğ necə hesablanıb hansı əsasla hesablanıb onu bildirmirlər. Deyirlər belədir ged nə edirsən et. Dövlət Sığorta Şirkətində baş alıb gedən hərc-mərclik, insanlarla alçaldıcı davranış və qeyri qanuni hərəkətlərin yekunu olaraq bilərəkdən provakasiya edib insanı özündən çıxaracaq həddə çatdırmağa görə, mən ora getmirəm. Xahiş edirəm bu məsələnin obyektiv araşdırılıb daha düzgün qiymətləndilməsinə görə köməklik edəsiniz. Sığorta Şirkətində heç bir rəhbər işçi ilə əlaqə qura bilmədiymə görə sizə müraciət edib sizdən köməklik göstərmənizi xahiş edirəm.
Talıbov Cavid.
Dövlət Sığorta Şirkəti
14:09 19.10.2018
id : 109
Dövlət Sığorta Şirkəti
HÖRMƏTLİ MÜŞTƏRİ . MƏLUMAT ÜÇÜN BİLDİRİRİK Kİ, 27.09.2018-Cİ İL TARİXDƏ YOL-NƏQLİYYAT HADİSƏSİ ZAMANI ZƏDƏLƏNMİŞ MİNİ COOPER CLUBMAN MARKALI 99 NM 095 DÖVLƏT NÖMRƏ NİŞANLI NƏQLİYYAT VASİTƏSİNƏ ŞİRKƏTİMİZ TƏRƏFİNDƏN 192 MANAT VƏSAİT AYRILMIŞDIR.VƏTƏNDAŞIN QEYD ETDİYİ ARXA SINIQ AKSESUARIN İSƏ TƏMİRİ MÜMKÜNDÜR. NƏZƏRİNİZƏ ÇATDIRIRIQ Kİ, AYRILMIŞ MƏBLƏĞƏ NƏQLİYYA VASİTƏSİNİN TAM TƏMİRİ MÜMKÜNDÜR.